“TOP TOP”: Premyer Liqada hakim özbaşınalığı baş alıb gedir

Azərbaycan teleməkanının populyar futbol proqramlarından olan “TOP TOP”un növbəti buraxılışı efirə gedib. Allsport.az saytı xəbər verir ki, verilişin aparıcısı Elçin Cəfərovun bu dəfəki qonaqları beynəlxalq dərəcəli hakim Anar Salmanov, “Allsport.az saytının rəhbəri Kamran Hacı və Zaqatalalı azarkeş İnqilab Soltanov olub. “TOP TOP”da Azərbaycan Premyer liqa oyunlarından və bu matçlarda baş verən hakim səhvlərindən danışılıb.

Olimpiya.az-in məlumatına görə, Anar Salmanov AFFA Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədovun və bir neçə hakimin ünvanına sərt fikirlər səsləndirib. Həm Anar Salmanov, həm də azarkeş İnqilab Soltanov “TOP TOP” verilişində bir neçə şok faktlar da açıqlayıblar. Bir sözlə baxmağa dəyər.

Qeyd edək ki, “TOP TOP” verilişi hər həftə “CHATBOX” kanalında canlı yayımlanır. “CHATBOX” kanalını KATV kabel televiziyası şəbəkəsində və myvideo.az saytında izləmək olar. Proqramın sentyabrın 29-da efirə gedən buraxılışının videoyazısını təqdim edirik:

image (2)

Həmin kateqoriyadan