“Turan Tovuz” akademiyasına rəhbər təyinatı

Bu ilin yanvarında açılan “Turan Tovuz” futbol akademiyasına kimin rəhbərlik edəcəyi məlum olub. Allsport.az “Futbol+” qəzetinə istinadən xəbər verir ki, FIFA, UEFA və AFFA-dan ayrılan vəsait hesabına araya-ərsəyə gələn akademiyaya Adil Şükürov rəhbər təyin olunub.

Onunla 2 illik müqavilə bağlanıb. Mütəxəssis martın əvvəlindən yeni vəzifəsinin icrasına başlayacaq.

Adil Şükürov 2015/16 mövsümündə “Zirə”nin baş məşqçisi olub. O, “Bakı” futbol akademiyasında çalışarkən müxtəlif yaş qrupları arasında bürünc, gümüş və qızıl mükafatlar qazanıb.

Həmin kateqoriyadan