“Turan Tovuz”un avtobus problemi həll olundu

Bu gün “Alov qüllələri” mehmanxanasında AFFA-nın konfransı keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdə Futbolun inkişaf fondunun prezidenti Tural Piriyev açıqlama verdi:

“FİF layihəsi çərçivəsində klublara xeyli dəstək olunub. Onlardan biri “Turan Tovuz”dur. Komandanın avtobusu yox idi. İanələr yığılırdı.

Yerdə qalan maliyyəni klubun yeni sponsoru “Hünər qrup” etdi. Artıq çatışmamazlıq həll olunub, “Turan Tovuz”a məxsus avtobus otelin önündə dayanıb. Toplantıdan sonra klubun nümayəndəsinə təqdim olunacaq”.

Həmin kateqoriyadan