Türkiyə kubokunda 3 milli təmsilçi

Triatlon üzrə milli komandanın üzvləri Serik şəhərində keçirilən Türkiyə kubokunda iştirak ediblər.

Allsport.az xəbər verir ki, yarışda 2011-ci il təvəllüdlü idmançılar arasında Raul Mahmudov 1-ci yeri qazanaraq fəxri kürsünün zirvəsinə qalxıb.
2012-ci il təvəllüdlülər arasında Şamil Dövlətov 7-ci yerin sahibi olub.

2008–2010-cu il təvəllüdlü idmançılar arasında keçirilən yarışda isə 56 iştirakçı arasından:

  • Əli Rzazadə – 14-cü
  • Tamerlan Musayev – 22-ci
  • Teymur Cəfərov – 26-cı yerdə finişə çatıb.

Həmin kateqoriyadan