- Baxış sayı: 4
- 06 May 2026 18:40
- Baxış sayı: 48
- May 06, 2026
- 0

“Tottenhem”in yarımmüdafiəçisi İv Bisuma komandasını tərk edə bilər.
Allsport.az xəbər verir ki, 29 yaşlı futbolçu komandanın yeni baş məşqçisi Tomas Frankın planlarında yer almayıb.
Bisuma icarə əsasında Türkiyə və ya Səudiyyə Ərəbistanı klubuna keçə bilər.
2024/25 mövsümündə Bisuma bütün yarışlarda 44 matçda iştirak edib və 2 qol vurub. Onun “Tottenhem”lə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.