“Mübariz Mənsimov daim “Xəzər Lənkəran”ın yanındadır”

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov klubun indiki maddi imkanları ilə bağlı fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, bu gün təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Xəzər Lənkəran”da maliyyət vəziyyəti həmişəki kimi, qaydasındadır. Düzdür, vəziyyətin ideal olduğunu deməzdim. Kiminsə məvacibi 3 gün tez, kiminkisə 3 gün gec ödənilə bilər. Klubun sahibi Mübariz Mənsimov daim komandanın yanındadır”.

Vitse-prezident onu da əlavə edib ki, komanda həmişəki kimi, yeni mövsümdə də iddialıdır: “Bütün futbolçularımızdan yararlana bilməsək də, bu gün də öz daxili imkanlarımızdan yararlanıb, “Qarabağ”la oyunda güc nümayiş etdirməyə çalışacağıq”.

Həmin kateqoriyadan