Tuyqun Nadirov: “Xəzər Lənkəran” İdman Arbitraj Məhkəməsinə müraciət edəcək”

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov FİFA tərəfindən kluba qoyulmuş transfer qadağasına münasibət bildirib. Allsport.az xəbər verir ki, o, bu gün baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“FİFA bizə qarşı ədalətsiz mövqe tutur. Onlar məktubda açıq-aydın qeyd edirlər ki, cəzanin məqsədi effektli olmasıdır ki, “Xəzər Lənkəran zəifləsin. Biz hüquqlarımızın bərpası üçün bütün gücümüzü ortaya qoyacağıq. İlk olaraq, İdman Arbitraj Məhkəməsinə muraciət etmək niyyətindəyik”.

Qeyd edək ki, FİFA-nın yeni qərarına görə, cənub klubuna qoyulan transfer qadağası bu ay yox, 2016-cı ilin yanvar ayında başa çatacaq. Belədə, “ağ-yaşıllar” bu yay heyətinə qatdığı oyunçuların xidmətindən qışa kimi istifadə edə bilməyəcək.

Həmin kateqoriyadan