- Baxış sayı: 44
- 19 İyul 2026 10:16
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Şımkənd şəhərində təşkil olunan “Prezident kuboku”nun qrup mərhələsində son oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Rusiya-2 yığması ilə qarşılaşan komandamız böyük hesablı qələbə qazanıb – 12:1.
Xaqani Sadıqov 6, Kamran Quliyev isə 4 qol vurublar. Hərəyə 1 dəfə İzzət Muştaqov və Məhəmməd Məhərrəmov fərqləniblər.
İlk oyunda İran seçməsinə 0:3 hesabı ilə məğlub olan, 2-ci qarşılaşmada isə Tacikistan komandası ilə 2:2 hesablı heç-heçə edən millimiz qrupda 3-cü yeri tutub.