- Baxış sayı: 65
- 09 İyun 2026 11:25
- Baxış sayı: 43
- İyun 19, 2026
- 0

U-19-dan ibarət millimiz Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Litva komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Fərid Nəbiyev və Rövlan Muradov vurublar.
Bu komandanın ev sahibliyi etdiyi qrupun əvvəlki görüşlərində futbolçularımız Avstriyaya 1:4, Bosniya-Herseqovinaya isə 1:2 hesabı ilə uduzmuşdu. Yekunda, millimiz 5-ci qrupu üçüncü pillədə başa vurub.