U-21-in baş məşqçisi media komitəsindən üzr istəyib

AFFA-nın konfrans zalında bu təşkilatın yanında media komitəsinin idarə heyətinin növbəti iclası keçirilib. Allsport.az saytının məlumatına görə, toplantıda İK üzvlərindən Mahir Rüstəmli, İlqar Tağıyev, Araz Əhmədov, Vüqar Xeyrullayev, Rüstəm Piriyev, Ruslan Mikayıllı və qurumla AFFA arasında əlaqələndirici Firuz Abdulla iştirak ediblər.

Xəbər verilib ki, newsport.az saytının rəhbəri Mərdan Həsənovun müraciəti ötən həftə AFFA-nın texniki departamentində Zaur Hacı-Məhərrəmov, Yaşar Vahabzadə, Azad Kərimov və Elnur Cəfərovun iştirakı ilə müzakirə olunub. U-21-in baş məşqçisi və futbolçuları olayın anlaşmazlığın nəticəci olduğunu, buna görə təəssüfləndiklərini və bir daha belə halın yaşanmayacağını bildiriblər.

Həmin kateqoriyadan