- Baxış sayı: 26
- 09 Avqust 2026 10:00
- Baxış sayı: 220
- Avqust 05, 2026
- 0
Ölkəmizdə 2016-ci ildə təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatının təşkilati işləri ilə bağlı UEFA nümayəndələri Bakıda səfərdədir. Allsport.az xəbər verir ki, səfər çərçivəsində qonaqlar ötən gün “Əlincə” futbol klubunun təlim-məşq bazası ilə tanış olub və “Əlincə” stadionuna baxış keçiriblər.
Klubun icraçı direktoru Ceyhun Abbasov qonaqlara klub infrastrukturu ilə bağlı məlumat verərək, meydançalara baxış zamanı onları müşayiət edib. Qeyd edək ki, AÇ-nin oyunlarından bir neçəsi həm də “Əlincə” stadionunda keçiriləcək.