- Baxış sayı: 201
- 24 Noyabr 2026 22:57
- Baxış sayı: 655
- Noyabr 20, 2026
- 0

Rusiyalı MMA döyüşçüsü İvan Qnizditski UFC-nin heyətinə qoşulub.
Allsport.az xəbər verir ki, 30 yaşlı idmançı daha əvvəl “One championship” təşkilatında çıxış edib.
Qnizditski Dana Uaytın “Contender series” turnirində döyüşməli olsa da, viza problemi səbəbindən bunu reallaşdıra bilməyib. Onun dekabrda UFC-də debüt edəcəyi gözlənilir.
Qnizditski peşəkar MMA karyerasında keçirdiyi 7 döyüşün hamısında qələbə qazanıb.