- Baxış sayı: 61
- 28 Oktyabr 2026 13:46
- Baxış sayı: 141
- Oktyabr 25, 2026
- 0

“Straykfors” təşkilatının ağır çəkidə keçmiş çempionu, UFC-də titul uğrunda döyüşmüş niderlandlı Alister Overim rusiyalı Aleksandr Volkovun UFC çempionu olmaq potensialına malik olduğunu bildirib.
Allsport.az xəbər verir ki, Overim UFC-333 turnirində Volkovla həmyerlisi Rizvan Kuniyev arasında keçirilən döyüşü yarışın ən yaddaqalan anı hesab edib:
“UFC-333-ün ən yaxşı anı hansı idi? UFC-də sonuncu rəqibim Aleksandr Volkovun döyüşünü izləmək xoşuma gəldi. Onun necə qalib gəldiyini gördüm. Titul yolunda ona uğurlar arzulayıram. Kəməri qazanmaq üçün onda lazım olan hər şey var”.