- Baxış sayı: 44
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Nitsa” “Ayntraxt”dan hücumçu Elye Vahini icarəyə götürüb.
Allsport.az xəbər verir ki, 22 yaşlı fransalı futbolçu mövsümün sonuna qədər liqa 1 təmsilçisində çıxış edəcək.
Bundesliqa klubu bu keçid üçün 1,5 milyon avro təzminat alacaq, futbolçunun maaşını isə tam olaraq “Nitsa” ödəyəcək.
Vahi cari mövsümdə keçirdiyi 14 oyunda cəmi 1 qol vurub.