- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 110
- Sentyabr 23, 2026
- 0

Portuqaliyanın “Jil Visente” klubunun 21 yaşlı hücumçusu Pablo karyerasını İngiltərədə davam etdirəcək.
Allsport.az xəbər verir ki, braziliyalı futbolçunun London təmsilçisi ilə transferi həm klub, həm də şəxsi müqavilə səviyyəsində tam razılaşdırılıb. 23 milyon avro məbləğində dəyərləndirilən keçid çərçivəsində Pablonun yaxın saatlarda tibbi müayinədən keçməsi və həftə sonunadək uzunmüddətli müqavilə imzalaması gözlənilir.
Həm Braziliya, həm də Portuqaliya vətəndaşlığı olan gənc hücumçu cari mövsümdə Portuqaliya çempionatında keçirdiyi 13 oyunda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.