- Baxış sayı: 49
- 26 İyun 2026 23:23
- Baxış sayı: 104
- İyun 26, 2026
- 0

Veteran futbolçu Vüqar Nadirovun yeni işi məlum olub. Allsport.az xəbər verir ki, millimizin keçmiş üzvü MFL-in direktoru təyin olunub.
Fəaliyyətə başladığı gündən MFL tərəfindən istər kişilərdən, istərsə də qadınlardan ibarət komandalar arasında müxtəlif turnirlər təşkil olunub və MFL qısa müddət ərzində həvəskar futbolçuların böyük marağına səbəb olan layihələr həyata keçirib.
Təsisçilərin ümumi yığıncağında Vüqar Nadirovun direktor vəzifəsinə təyin edilməsi barədə qərar qəbul olunub.
MFL-in səhmlər paketinin 25 faizi AFFA-ya məxsusdur.