- Baxış sayı: 38
- 08 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
“Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan millisinin futbolçusu Vüqar Nadirovu rənglərinə bağlıyıb.
Hücumçu ilə 2015-ci ilin sonunadək anlaşma əldə olunub. 28 yaşlı hücumçu “Qəbələ”yədək “Qarabağ” (2001-2005, 2009-2015), “Xəzər Lənkəran” (2005-2008) “Masallı” (2008) və “Karvan”da (2008-2009) çıxış edib. 2015-ci ilin yayında “Xəzər Lənkəran”a keçən Nadirov Azərbaycan milli komandasında 61 qarşılaşmada 4 qol vurub.
Qeyd edək ki, Nadirov “Xəzər Lənkəran”dan bir neçə gün öncə bu kluba FİFA tərəfindən qoyulmuş transfer qadağasına görə ayrılıb.