“Xəzər Lənkəran” Türkiyəyə yeni hücumçu dəvət etdi

Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” düşərgəsinə yeni futbolçu dəvət edib. Allsport.az xəbər verir ki, “ağ-yaşıllar” fransalı hücumçu Limam Seydini baxışdan keçirirlər.

Sözügedən futbolçu ötən gün cənub klubunun düşərgəsinə qoşulub. Onun komandada qalıb-qalmayacağına məşqçilər korpusu qərar verəcək.

Qeyd edək ki, Seneqal əsilli Fransa vətəndaşı olan Seydi 1985-ci ilin 31 avqustunda anadan olub. O, karyerası ərzində Bəhreyn, İspaniya, Tunis, Slovakiya, Macarıstan klublarında top qovub.

Həmin kateqoriyadan