Yasamal 3-cü seçki dairəsində yeni futbol meydançası sakinlərin istifadəsinə verilib

17 saylı Yasamal 3-cü seçki dairəsində yerləşən 5-mərtəbəli yaşayış binasının həyətində yeni futbol meydançası sakinlərin istifadəsinə verilib. Allsport.az saytı xəbər verir ki, açılışda adı çəkilən rayonun icra hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkili Elnur Allahverdiyev və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Yasamal rayonu gənclər və idman idarəsinin rəisi İlqam Səfərov və digər şəxslər iştirak ediblər.

3-cü seçki dairəsindən Milli Məclisə üzv seçilən seçilən Elnur Allahverdiyev, ötən ilin fevral ayında bina sakinləri ilə seçkiqabağı təşviqat kampaniyası çərçivəsində keçirilən görüşündə, həyətdə gənclərin və uşaqların idmana marağını stimullaşdırmaq məqsədi ilə meydançanın tikilməsinə çalışacağına söz vermişdi. Dairə ərazisində daha 2 futbol meydançası inşa olunacaq.

Bu işdə də Yasamal rayonu ilə AFFA dəstəyi olacaq.

Həmin kateqoriyadan