- Baxış sayı: 94
- 18 Sentyabr 2026 17:27
- Baxış sayı: 188
- Sentyabr 17, 2026
- 0

“Gəncə” daha bir yerli basketbolçu ilə müqavilə bağlayıb.
Allsport.az xəbər verir ki, Tariyel Yusifzadə ilə qarşıdakı mövsümün sonuna kimi anlaşma imzalanıb.
Basketbolçu 2023-2024-cü illərdə keçirilən çempionatda da “sarı-göy” formanı geyinib. O, Gəncə təmsilçisində 16 nömrəli formada çıxış edəcək.
Ötən mövsümü “Ordu”da keçirən hücumçu 18 və 20 yaşlılardan ibarət yığmalarımızın da şərəfini qoruyub.