- Baxış sayı: 28
- 27 Aprel 2024 12:09
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Avropa liqası və konfrans liqasında pley-offun cavab oyunları keçirildikdən sonra ölkələrin UEFA reytinqi açıqlanıb.
Allsport.az xəbər verir ki, Azərbaycanın xal hesabı artıb.
Buna “Qarabağ”ın Avropa Liqasının 1/8 finalına yüksəlməsi səbəb olub. Ağdam klubunun pley-offda “Braqa”nı keçməsi (4:2, 2:3) sayəsində ölkəmizin aktivinə 1 bonus xalı, yəni reytinqə 0,250 xal əlavə edilib.
Bununla da Azərbaycanın mövsümdəki qazancı 5,625-ə çatıb. Son 5 ilin nəticələrinə əsasən, toplanan reytinqimiz 19,875-dir.
Azərbaycanın mövqeyi dəyişməz qalıb. Hazırda 27-ci olan ölkəmiz Bolqarıstana yaxınlaşıb. Təmsilçisi qalmayan 26-cı yerin sahibi ilə fərq 0,500-dür. “Qarabağ”ın cəmi bir qələbəsi ilə Bolqarıstana çatmaq, əlavə göstəricilərdə keçmək mümkün olacaq.