Yığmamız Finlandiya ilə də bacarmadı

Azərbaycanın gənclərdən ibarət yığması bu gün 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Allsport.az xəbər verir ki, millimiz AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da Finlandiya ilə qarşılaşıb.

Xatırladaq ki, Azərbaycan bu seçmə mərhələyə Farer adaları üzərindəki səfər qələbəsi ilə başlamışdı. Amma sonradan Yaşar Vahabzadənin başçılıq etdiyi komanda Avstriyaya (0:2, 0:7) və Almaniyaya uduzmuşdu (0:3). Finlandiya isə Rusiya (2:0) və Farer adalarına (3:0) qalib gəldiyi halda Almaniyaya 0:4 hesabıyla uduzmuşdu. Bu üzdən də finlər 6 xalla 7-ci qrupun 4-cü, millimiz isə 3 xalla 5-ci pilləsində qərarlaşmışdı.

Bakıda baş tutan qarşılaşmada yığmamızın ən azı bir xal qazanacağına ümid olsa da, təəssüf ki, futbolçularımız bu vəzifənin də öhdəsindən gələ bilməyib. Qarşılaşmanın sonlarına yaxın millimizin qapısına yol tapan finlər evə 3 xalla qayıdıblar.

Bu gün 7-ci qrupda həm də Farer adaları Almaniya ilə üz-üzə gələcək.

AÇ-2017-nin seçmə mərhələsi
7-ci qrup
13 oktyabr

Azərbaycan – Finlandiya – 0:1 (0:0)
Qol: F.Lassas, 80 (0:1).
Sarı vərəqə: S.Vaysanen, 55. J.Mero, 65. M.İsayev, 70. E.Camalov, 78. V.Mustafayev, 89.
Baş hakim: Milan İliç (Serbiya).
Bakı. “Dalğa Arena”.

Azərbaycan: 22. Tərlan Əhmədli, 2. Rahil Məmmədov, 4. Adil Nağıyev, 15. Cəmil Hacıyev, 19. Məqsəd İsayev, 20. Azər Salahlı (k), 6. Vüqar Mustafayev, 7. İltər Taşkın, 16. Elvin Camalov, 23. Fəhmin Muradbəyli, 11. Kərəm Benke.
Ehtiyat oyunçular: 12. Rəşad Əzizov, 3. Azad Kərimov, 13. Tural Hümbətov, 5. Elvin Bədəlov, 8. Budaq Nəsirov, 9. Nicat Muxrtarov, 18. Fuad Bayramov.
Baş məşqçi: Yaşar Vahabzadə.
Avstriya: 1. Otso Virtanen, 2. Dani Hatakka (18. Fredrik Lassas, 46), 3. Joel Mero, 4. Daniel O`Şauqnessi, 5. Sauli Vaysanen (k), 14. Hampus Homqren, 7. Moştaq Yaqubi, 8. Qlen Kamara, 10. Simon Skrabb, 11. Piri Soiri (6. Armend Kabaşi, 59), 20. Yunes Rahimi (19. Riçard Yensen, 89).
Ehtiyat oyunçular: 23. Karlyohan Eriksson, 9. Matias Oyala, 15. Nnaemeka Anyamele, 17. Robert Teylor.
Baş məşqçi: Tommi Kautonen.

Həmin kateqoriyadan