- Baxış sayı: 116
- 28 May 2026 15:55
- Baxış sayı: 116
- May 26, 2026
- 0

Albaniyanın paytaxtı Tiranada qitə çempionatında yunan-Roma güləşçilərin çıxışı sona yetdi. Allsport.az saytı xəbər verir ki, millimiz bu dəfə də uğurlu nəticə göstərərək titulunu qoruyub.
2 qızıl, 3 bürünc medal qazanan bahadırlarımız 133 xalla yenidən Avropa çempion olub. Türkiyə (121) 2-ci, Gürcüstan (118) 3-cü yer tutub.
Bizdən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.