- Baxış sayı: 76
- 11 May 2026 21:35
- Baxış sayı: 51
- May 12, 2026
- 0

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, 2-ci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.
Ömər Salmanov (48 kq) finalda rusiyalı Artyom Tkaçenkoyla qarşılaşıb. Rəqibinə 1:5 hesabıyla məğlub olan güləşçimiz gümüş medalı boynundan asıb.
Qurban Məcnunov (55 kq) da həlledici görüşdə Rusiya təmsilçisiylə üz-üzə gəlib. Ədəm Payziyevlə gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimal fərqlə (1:2) uduzan idmançımız Avropa ikincisi olub.
Orxan Həbibli (65 kq) təsəlliverici görüşdə yunanıstanlı Dionisios Bulutidisə, bürünc medal uğrunda qarşılaşmada isə ukraynalı Oleksandr Venetsə 9:0 hesabıyla qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.