- Baxış sayı: 55
- 12 May 2026 23:38
- Baxış sayı: 59
- May 12, 2026
- 0

Antalyada yeniyetmə güləşçilərin “Zəfər” kuboku başa çatıb. Allsport.az saytı xəbər verir ki, ənənəvi turnirin son günündə 5 təmsilçimiz fəxri kürsüyə qalxıb.
Sərbəst güləşdə Nihad Süleymanlı (80 kq) və Hakim Tağıyev (110 kq) bütün rəqiblərinə qalib gəliblər.
Yunan-Roma güləşində Zəka Yusubovla (80 kq) Məhəmməd Mustafayev (110 kq) eyni nəticəni göstəriblər. İsfahan Həsənov (80 kq) bürünc medala yiyələniblər.
“Sərbəstlər” 3 qızıl, 1 gümüş və 2 bürünc mükafatla 147 xalla komanda hesabında 2-ci yeri tutub. Yunan-Roma güləşçilərimiz 5 qızıl, 2 gümüş və 2 bürünc medalla 169 xal toplayıb və ümumi onlar da 2-ci pillədə yer alıblar.