ABŞ-a girişinə icazə verilməyən afrikalı hakiminin Dünya Kuboku üçün pulu FİFA tərəfindən tam ödəniləcək

Dünya Kubokunu idarə etmək üçün ABŞ-a girişinə icazə verilməyən somalili hakim Ömər Artan turnirdə iştirakına görə FİFA-dan tam ödəniş alacaq.

Allsport.az saytı xəbər verir ki, o, xidməti kimliyinin və dəvətinin rədd edilməsi səbəbindən gəlişinə yasaqlığı barədə bilgiləndirilməzdən öncə Mayami hava limanında 11 saat qalıb.

Daha əvvəl Somali futbol federasiyası Amerika hakimiyyətinin qərarını son dərəcə məyus olduğunu və başa düşmədiyini bildirmişdi. 2025-ci ildə Ömər Artan, Afrika futbol konfederasiyası tərəfindən “ən yaxşı hakim” seçilib.

Həmin kateqoriyadan