Misirə tələb etdiyini Seneqaldan da istədi

FİFA, Seneqal millisinə Afrika millətlər kubokunu qazandıqları şərəfinə köynəklərində ulduz olan geyimdə Dünya Kubokunda iştirak edə bilməyəcəklərini bildirib.

Allsport.az saytı xəbər verir ki, “Teranqa aslanları” qənimətə 2021-ci ildə yiyələnib. FİFA qaydalarına əsasən, yalnız dünya çempionatını qazanan (və ya tanınmış ekvivalent titullar) komandaların formalarında ulduz taxmasına icazə verilir.

Daha əvvəl FİFA, Misir millisindən Afrika millətlər kubokundakı qələbələrini xatırladan nişanlarının üstündəki 7 ulduzu çıxarmağı və köynəklərdə bəzi çalarların rənglərini dəyişdirməyi tələb etmişdi.

Seneqal mundialda ilk oyununu çərşənbə axşamı Fransaya qarşı keçirəcək.

Həmin kateqoriyadan