Əli Nuri: ““Kəpəz” ailəsinin bir üzvü olduğu üçün sevinirəm”

“Kəpəz” bir müddət komandanın heyətində baxışda olmuş Əli Nurini sıralarına qatıb. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçinin 21 yaşı var. O, Gəncə klubunda 68 nömrəli formada çıxış edəcək. Əli “Zirə” və “Kəpəz”in əvəzedici komandaları arasında keçirilən oyunda “sarı-göylər”in heyətində debüt edib.

Futbolçu əsas komandaların matçında isə “18-lik”də yer alıb. Nizami yurdunun təmsilçisi ilə mövsümün sonuna kimi müqavilə bağlayan Əli Nuri komandaya keçidi ilə bağlı kapazpfc.az saytına açıqlama verib:

““Kəpəz” ailəsinin bir üzvü olduğu üçün sevinirəm. Böyük tarixi olan kluba keçmişəm. Mənə etimad göstərən, inanaraq komandaya cəlb edən baş məşqçimizin ümidlərini doğrultmağa çalışacağam. Məqsədim “Kəpəz”in uğur qazanmasına yardımçı olmaqdır. Komandamızın böyük azarkeş ordusu var, onların sevgisini qazanmaq istəyirəm”. 

Qeyd edək ki, Nuri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına da dəvət alıb.

Həmin kateqoriyadan