“Əcnəbilərin hesabına Azərbaycan çempionatının yaxşı səviyyəsi var”

Ukraynanın “Kolos” klubunda çıxış edən “Neftçi”nin keçmiş futbolçusu Kiril Petrov açıqlama verib. Allsport.az xəbər verir ki, ukraynalı müdafiəçi Azərbaycan çempionatının səviyyəsi barədə danışıb:

“Ukrayna çempionatında oynamaq fiziki baxımdan daha çətindir. Bütün komandalar fiziki cəhətdən güclüdür. Ancaq Azərbaycanda futbol oynamağa daha çox icazə verirlər. Burada fiziki güc bir az arxa planda qalır. Əcnəbilərin hesabına Azərbaycan çempionatının yaxşı səviyyəsi var”.

29 yaşlı futbolçu 2017-2020-ci illərdə “Neftçi”də çıxış edib.

Həmin kateqoriyadan