- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

8-ci tur Əfran İsmayılov üçün yubileylə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Səbail”in futbolçusu ölkə çempionatlarında 250-ci matçını keçirib.
Təcrübəli yarımmüdafiəçisi “Zirə” ilə səfər qarşılaşmasında (0:0) start heyətində yer alaraq yubileyini gerçəkləşdirib. Onun hesabında 40 qol var.
Əfranın debütü 2006/07 mövsümündə baş tutub. Həmin vaxt “Qarabağ”ın şərəfini qoruyan yarımmüdafiəçi bu klubda 163 oyunda 22 qol vurub.