“Əl-Nəsr” türk baş məşqçi ilə danışıqlar aparır

Allsport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı komandalarından “Əl-Nəsr” baş məşqçi Rudi Qarsiyanın gedişindən sonra yeni məşqçi axtarışına başlayıb.

Ərəbistan mətbuatında yayılan xəbərlərə görə, klubun baş məşqçi vəzivəsi üçün türkiyəli Əngin Fırat və xorvatyalı Zlatko Daliç ilə danışıqlar aparılıb.

Keniya milli komandasında mövsümə yaxşı başlayan Fırat bir çox türk komandalarından da təklif alıb. Ancaq o, ölkə xaricində çalışmaq istədiyi üçün bu təklifləri qəbul etməyib.

Məsələ ilə bağlı danışan Əngin belə deyib:  “Menecerim “Əl Nəsr”lə danışıqlar aparıb. Keniya ilə müqaviləm var. Mövsümün ortasından ayrılmağa can atmıram. Müzakirələr davam edir, nə baş verəcəyini zaman göstərəcək”.

Həmin kateqoriyadan