“Hansı mövqedə oynamağıma baş məşqçi qərar verəcək”

Lukas Melano, “Neftçi”yə transferindən danışıb. Allsport.az xəbər verir ki, o, yeni komandasında uğurlu mövsüm keçirəcəklərinə innadığını deyib: 

“Çox yaxşı insanlardır. Komandada mükəmməl futbolçular toplanıb. Bunu dərhal hiss etmək olur. Burada olduğuma görə çox xoşbəxtəm. Gözəl nəticələr əldə etmək üçün kollektiv şəklində əzmkar çalışmalıyıq. Stadionda azarkeşlərlə bir-birimizi qısa zamanda tanımağımız üçün səbirsizlənirəm. Ümid edirəm ki, uğurlu mövsüm olar və birlikdə vacib nailiyyətlər qazanarıq.

Məşqlərə davam etməliyəm. Hansı mövqedə oynamağıma baş məşqçi qərar verəcək. Harada oynamağıma baxmayaraq, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Ötən həftə sabiq klubumla oyuna çıxmışam. İstirahət etmək üçün yalnız üç günüm oldu. İlk günümü ailəmlə sağollaşmağa həsr etdim. Növbəti gündə hazırlaşdım. Üçüncü günümü isə təyyarəyə minib buraya gəlməyə sərf etdim”.

Həmin kateqoriyadan