“Əlimizə düşən imkanları qola çevirə bilmədik”

Bu gün “Sumqayıt” premyer liqanın 11-ci turunda evdə “Qəbələ” ilə qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra çeydan sahiblərinin baş məşqçisi Samir Abbasov bunu deyib:

“İlk dəqiqələrdə ardıcıl 3 oyunun yorğunluğundan top itkiləri oldu. Buna görə də oyunumuz alınmırdı. Fasilədən sonra isə fərqli “Sumqayıt” gördük. Əlimizə düşən imkanları qola çevirə bilmədik.

İkinci hissədə qələbə qazanmaq istəyən komanda var idi. Həddindən artıq emosiya göstərdik. Qarşıdakı oyunlara baxacağıq. Bir həftə vaxtımız var. Üstümüzdəki yorğunluğu atmağa çalışacağıq”.

Həmin kateqoriyadan