Əliyar Ağayev PAOK – “Atromitos” oyununda 2 penalti təyin etdi və 1 qırmızı vərəqə göstərdi

FİFA referimiz Əliyar Ağayev Yunanıstan superliqasında 24-cü tur çərçivəsində PAOK – “Atromitos” oyununu idarə edib. Allsport.az saytı xəbər verir ki, Saloniki şəhərində “Tumba” stadionunda görüş meydan sahiblərinin 3:0 qələbəsi ilə yekunlaşıb. 

32 yaşlı azərbaycanlı hakim matç ərzində meydan sahiblərinin lehinə 2 penalti təyin edib, qonaqların 1 futbolçusunu 2-ci sarı vərəqə ilə meydandan qovub. PAOK 16-cı dəqiqəyə təsadüf edən ilk penaltidən yararlana bilmədiyi halda, 45+3-cü dəqiqədə fürsəti qaçırmayıb.

Həmyerlimiz daha 4 futbolçuya sarı vərəqə göstərib. “Qartallar”dan ötən mövsüm icarə əsasında “Qarabağ”da çıxış etmiş Pedro Enrike xəbərdarlıq alıb. Qalan “sarı”lar qonaqlara göstərilib. Qeyd edək ki, Əliyar Ağayev Yunanıstanda bəzi klubların yerli referilərin narazılığı səbəbindən bu oyuna dəvət alıb.

Həmin kateqoriyadan