- Baxış sayı: 53
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 235
- Noyabr 09, 2026
- 0

FIFA referisi Əliyar Ağayev Yunanıstan kubokunun yarımfinal oyununa təyinat alıb.
Allsport.az xəbər verir ki, Yunanıstan futbol federasiyasının dəvətinə əsasən, Ə.Ağayev aprelin 12-də Yunanıstan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Olimpiakos” – AEK Athens qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. VAR hakimi isə Elçin Məsiyev olacaq.