- Baxış sayı: 52
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 230
- Noyabr 09, 2026
- 0

AFFA Yunanıstanın “Atromitos” klubunda çıxış edən Əmir Ağayevin Azərbaycan millisində çıxış edə bilməsi üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb. Allsport.az xəbər verir ki, hazırda məsələyə FIFA-nın müvafiq komissiyasında baxılır və AFFA ilə FIFA arasında zəruri sənədlərin dövriyyəsi davam edir.
Azərbaycan yığmasının millətlər liqasında sentyabrın 5-də və 8-də keçirəcəyi oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışına artıq avqustun 27-dən etibarən start verilməsi və yuxarıda qeyd olunan məsələ ilə bağlı FIFA-dan hələ ki yekun qərarın qəbul olunmaması nəzərə alınaraq, Əmir Ağayev təlim-məşq toplanışında iştirak etməyəcək.