Əmir Ağayev Yunanıstan klubunda

Əmir Ağayev Yunanıstan klubunda

“Sumqayıt”dan ayrılan Əmir Ağayevin yeni klubu müəyyənləşib. Allsport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.

Ağayev super liqa təmsilçisi “Atromitos”la 1+1 illik müqavilə bağlayıb. O, Afina klubunda 11 nömrəli formada çıxış edəcək.

Əmir 2019-cu ildən “Sumqayıt”da çıxış edirdi. Azərbaycan əsilli futbolçu ötən mövsüm 22 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan