Əmrə Bələzoğlu 2-ci hissəyə çıxmadı

“Başağşəhər” baş məşqçisi Emre Bələzoğlu “Qaragömrük” matçının fasiləsində hakimə etiraz etdiyi üçün qırmızı vərəqə alıb.

Allsport.az xəbər verir ki, Türkiyə super liqasının 26-cı turunda “Fateh Qaragömrük”- “Medipol Başağşəhər”i qəbul edib. Mübarizənin ilk yarısı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

“Başakşehir” baş məşqçisi Emre Bələzoğlu fasilədə hakim Tuğay xan Numanoğluna etiraz etdiyi üçün qırmızı vərəqə görüb.

Bələzoğlu yoxluğunda meydanın kənarında komandanın məşqçisi Ərdinç Sözər önə keçdi.

Oyunun əlavə dəqiqələrində qarşılaşma 2:2 qarşılıqlı qollarla başa çatıb.

Həmin kateqoriyadan