Əmrah Çəlikəl: Riçard Almeydanın maaşının artırılmasını istəməsi doğrudur”

Riçard Almeydanın “Qarabağ”dan ayrılması ilə bağlı Qazaxıstan mətbuatına verdiyi açıqlamaya rəsmi münasibət bildirilib. Allsport.az saytı xəbər verir ki, klubun direktoru Əmrah Çəlikəl futbolçuya yeni müqavilə təklif etdiyini deyib: “Danışıqlar olub. Biz təklifimizi irəli sürmüşük və hazırda ondan cavab gozləyirik. Qazaxıstan mediasında dediklərini bizim saytlarda görmüşük. Almeydanın bizimlə müqaviləsi başa çatıb. Bizə klubdan ayrılması ilə bağlı heç nə deməyib”.

Klub rəsmisi qol.az-a açıqlamasında Riçardın “Qarabağ”dan illik 650 min dollar tələb etməsi haqda xəbərlərə də toxunub: “Klubun maliyyə tarazlığı var ki, onu poza bilmərik. Maaşını artırmaq istəməsi haqda xəbər doğrudur. Onun belə bir şərt irəli sürməsini başa düşürük. Hazırda azad agentdir. Amma qeyd etdiyim kimi, biz onunla yeni müqaviləni digər futbolçularla da maliyyə balansını qorumaqla bağlaya bilərik. Ayrılmaq haqda açıqlamasına gəlincə, şəxsən özü bizə bu haqda heç nə deməyib”.

Əmrah bəy onu da əlavə edib ki, “Qarabağ”ın Almeydanın son müqavilədəki maaşı azaltması barədə fikirlər isə doğru deyil: “Belə bir şey olmayıb”.

Həmin kateqoriyadan