- Baxış sayı: 39
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 404
- Avqust 20, 2026
- 0


“Bavariya”nın idarə heyətinin idman hissəsinə cavabdeh olan yeni üzvü Maks Eberl, Münhen klubunun dəyişikliklər gözlədiyini bildirib.
Allsport.az xəbər verir ki, funksioner gələcək planlardan danışıb:
“Əsaslı dəyişikliklər nə vaxt başlayacaq, bilmirəm. 4 oyunçu, 6 oyunçu, 8 bilinmir. Gəlin görək qarşıdakı 3 ayda nə baş verəcək.
Amma ən əsası düzgün məşqçi tapmaqdır. Biz ehtiyaclarımıza və ideyalarımıza uyğun gələn mütəxəssis tapmaq istəyirik. Bizə təkcə ulduzlar yox, gənc futbolçular da lazımdır. Bunun üçün bu vəzifənin öhdəsindən gələ biləcək düzgün məşqçi tapmalıyıq”.