Bakıdakı DÇ-nin qalibi bəlli oldu

Bakıdakı DÇ-nin qalibi bəlli oldu

Bakıda təşkil olunan futbol üzrə FİFA U-15 dünya çempionatı və festivalı İspaniya yığmasının zəfəri ilə yekunlaşıb.

Allsport.az xəbər verir ki, turnirin “A” divizionunun həlledici final matçında İspaniya və Çex Respublikası komandaları üz-üzə gəliblər.

Bakı kristal zalında keçirilən və Azərbaycanın FİFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada rəqibini 3:0 hesabı ilə darmadağın edən piriney təmsilçisi çempionluq kubokunu başı üzərinə qaldırıb.

Xatırladaq ki, yarışın son günündə “A” divizionu ilə yanaşı, digər beş divizionun da (B, C, D, E və F) qalibləri rəsmən bəlli olub.

Həmin kateqoriyadan