Ən gənc “beşlik”

“Zirə”nin tarixində premyer liqa matçına çıxan ən gənc Rafael Məhərrəmlidir. Allsport.az saytı xəbər verir ki, ötən mövsüm debüt edən futbolçu 19 yaş 4 ay 12 günlüyündə ilk matçını keçirib.

O, “qartallar”ın tarixində 20 yaşı olmadan premyer liqaya çıxan 4 futbolçudan biridir. Ona qədər uzun müddət rekordçu olan Vüsal İsgəndərli, həmçinin Adil Nağıyevlə Yusif Nəbiyev də “20”yə çatmadan debüt edib.

Ən gənc oyunçulardan təşkil olunan “beşliy”i cari mövsümdə debüt şansı qazanan Rauf Hüseynli qapayır.

Həmin kateqoriyadan