Ən yaxşımız “Qarabağ”dır

Dünyanın ən yaxşı futbol klublarının siyahısı açıqlanıb.

Allsport.az xəbər verir ki, beynəlxalq futbol tarixi və statistikaları federasiyası 2019-cu ilin yekunlarına əsasən, 400 komandanın siyahısını müəyyənləşdirib.

“Qarabağ” Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə sahibdir. Ağdam klubu ötən illə müqayisədə 57 pillə irəliləyərək 144 xalla dünyanın 80-ci komandasıdır. “Köhlən atlar”ı Rumıniyanın “Styaua”, Portuqaliyanın “Vitoria Qimaraynş”, Serbiyanın “Partizan”, İsveçrənin “Bazel” klubları izləyir.

“Neftçi” də böyük irəliləyişə nail olub. Ötən il 459-cu olan “ağ-qaralar” 242 pillə irəliləyərək, 217-ci yerə yüksəlib.

Dünyanın ən yaxşısı isə İngiltərənin “Liverpul” klubudur.

Həmin kateqoriyadan