- Baxış sayı: 30
- 22 Sentyabr 2026 19:37
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

Karyerasının ən pis dövrünü keçirən Kriştianu Ronaldu son zamanlar əsəblərini cilovlamaqda çətinlik çəkir.
Alldport.az xəbər verir ki, ulduz hücumçu Səudiyyə Ərəbistanı çempionatının 26-cı turunda 14-cü pillədə qərarlaşan ” Əl-Xəlic”lə ev oyununda (1:1) fərqlənə bilməyib.
Görüşün sonunda 38 yaşlı portuqaliyalı qonaq komandanın futbolçuları ilə söhbət edib və onlardan birinə formasını hədiyyə edib.
Sonra “Əl-Xəlic”in texniki heyətindən 1 nəfər hərəkətdə olarkən Ronaldonu qucaqlayıb onunla “selfi” çəkdirmək istəyib. Oyunçu onu itələyib, əllini çəkməsi üçün xəbərdarlıq edib.