100-ə çatan ilk yunan

“Zirə”nin futbolçusu Dmitrios Çantakias Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Allsport.az xəbər verir ki, 29 yaşlı müdafiəçinin yubileyi premyer liqanın XXV turuna təsadüf edib.

Yunanıstanlı futbolçu “Turan Tovuz”la ev görüşündə (1:1) 90 dəqiqə meydanda olub. O, “Zirə”nin heyətində çıxdığı 100 premyer liqa qarşılaşmasında 6 qol vurub.

Dmitrios 2020/21 mövsümündən qəsəbə klubunda çıxış edir. O, Azərbaycan çempionatları tarixində 100 oyun keçirən ilk yunanıstanlı legioner olub.

Həmin kateqoriyadan