- Baxış sayı: 31
- 06 Avqust 2026 11:51
- Baxış sayı: 169
- Avqust 05, 2026
- 0

“Sabah” Azərbaycan çempionatlarında səfərdə 100-cü qolu buraxıb.
Allsport.az xəbər verir ki, bu, premyer liqanın XXIX turunun “Turan Tovuz”la görüşünə təsadüf edib.
Bakı klubu 0:2 hesabı ilə uduzduğu görüşə qədər rəqib meydanlarında 99 top buraxmışdı. Hesabı açan Aleks Souza paytaxt təmsilçisinin qapısından 100-cü topu keçirib.
“Sabah” 85-ci səfər matçında bu qolu buraxıb. 2018/19 mövsümündən premyer liqada çıxış edən komanda ilk dəfə 2018-ci il avqustun 19-da “Sumqayıt”la ev görüşündə qapısında qol görüb – 1:4.