100-cü səfər qələbəsi

“Qəbələ” tarixində 100-cü səfər qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, bu, premyer liqanın 13-cü turuna təsadüf edib. 2020-ci ilin son matçına çıxan “qırmızı-qaralar” “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib. 100-cü qələbə klub tarixinin 284-cü səfər oyununda qeydə alınıb.

Rəqib meydanlarında ilk qələbəsini 2005-ci ilin oktyabrında qazanan komanda 1-ci dəstənin “Viləş”lə qarşılaşmasında 3 xal əldə edib – 3:1. Ümumiyyətlə, “qırmızı-qaralar” ölkə çempionatında 74, 1-ci dəstədə 9, Azərbaycan kubokunda 14, Avropa liqasında 3 görüşdən qalib dönüb.

Həmin kateqoriyadan