100 illiyinə həsr olunan miniturnir

Mayın 26-da AFFA-nın ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş miniturnir keçiriləcək.

Allsprot.az xəbər verir ki, Bakı olimpiya stadionunda təşkil olunacaq turnirdə 10 komanda iştirak edəcək: AFFA, PFL, “Klublar”, “Hakimlər”, “Veteranlar”, “Media”, “Könüllülər”, SOCAR, BOS və “Sponsorlar”.

Onlar 2 qrupa bölünəcək.Hər qrupda 5 komanda mübarizə aparacaq.

Qruplarda birinci yeri tutan komandalar arasında turnirin qalibini müəyyənləşdirmək üçün final oyunu keçiriləcək.
Turnirə saat 16:30-da start veriləcək. Final oyunu saat 20:00-da başlayacaq. oyunlar Bakı olimpiya Stadionunun əsas meydanında keçiriləcək.

Həmin kateqoriyadan