Türk mütəxəssisə ölkəmizdən təklif var

Bosniya və Hersoqovinanın “Çəlik” klubunun baş məşqçisi Ümid Özad Azərbaycanda işləyə bilər. Allsport.az xəbər verir ki, bir müddət əvvəl adı “Sabah”la hallanan türk mütəxəssis hələ də ölkəmizdən təklifi olduğunu bildirib.

43 yaşlı çalışdırıcı İranda da maraq dairəsində olduğunu söyləyib.

2019-cu ilin dekabrında “Çəlik”ə baş məşqçi təyin edilən mütəxəssis işçi vizası ala bilmədiyi üçün klubdan ayrılacaq.

Həmin kateqoriyadan