13 ildən sonra yenidən 2 qol

Səudiyyə Ərəbistanı çempionatının 26-cı turunun matçında “Əl-Nəsr” “Abha”ya 8:0 hesabı ilə darmadağınla qalib gəlib.

Allsport.az xəbər verir ki, “Əl-Nəsr”in əsas ulduzu Kriştianu Ronaldu bu oyunda het-trik edib və o, cərimə zərbələrindən 2 qol vurub.

Portuqaliyalı 2011-ci ildən sonra ilk dəfə cərimə zərbəsindən 2 dəfə fərqlənib. Sonuncu dəfə bu, Ronaldunun “Real”da çıxış etdiyi “Vilyarreal”la matçda (22-ci və 90-cı dəqiqələr) olub.

Ümumilikdə, hücumçu karyerası ərzində 4 dəfə 1 oyun cərimə zərbəsindən 2 dəfə fərqlənib.

Həmin kateqoriyadan